Almaniyda peyvənd olunan 14 nəfər "Britaniya ştammı"na yoluxdu
Bizi izləyin

Avropa

Almaniyda peyvənd olunan 14 nəfər "Britaniya ştammı"na yoluxdu

Almaniyada qocalar evinin sakinləri yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunsalar da virusun “Britaniya” ştammına yoluxublar.

Publika.az "TASS"a istinadla xəbər verir ki, Osnabryuk bölgəsi səlahiyyətliləri tərəfindən açıqlanan şərhə görə, hadisə Belm kommunasında (Aşağı Saksoniya federal əyaləti - Red) baş verib.

Bildirilib ki, qocalar evinin sakinlərinə peyvəndin hər iki dozası vurulsa da onlarda COVID-19-un yeni ştammı aşkar edilib.

Qocalar evinin bütün işçiləri və onların ailələri karantinə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm