Avropa Birliyi Ermənistandakı çevriliş cəhdiylə bağlı BƏYANAT YAYDI
Bizi izləyin

Avropa

Avropa Birliyi Ermənistandakı çevriliş cəhdiylə bağlı BƏYANAT YAYDI

Avropa Birliyi Ermənistandakı çevriliş cəhdi ilə əlaqədar bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda deyilir:

"Avropa İttifaqı Ermənistandakı hadisələri çox yaxından izləyir. Bütün tərəfləri sakit olmağa, gərginliyi artıran hərəkətlərdən çəkinməyə, demokratik prinsiplərə və proseslərə hörmət etməyə çağırırıq. Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir. Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır. Demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm