• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

NATO hərbi gəmiləri Qara dənizə daxil oldu

  • Avropa
  • 26 Fevral 2021 03:43
  • 639 Baxış
NATO hərbi gəmiləri Qara dənizə daxil oldu

NATO hərbi gəmiləri Qara dəniz akvatoriyasına daxil olub.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Milli Müdafiə Mərkəzinə istinadla məlumat yayıb.

Bildirilib ki, İspaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Taxo” və Yunanıstan Hərbi Dəniz Qüvvələrinə aid “Europi” gəmiləri mina axtarma işlərində iştirak etmək məqsədilə Qara dəniz akvatoriyasına daxil olub.

Rusiya Milli Müdafiə Mərkəzi sözügedən gəmilərin Qara dəniz donamması qüvvələri tərəfindən izləndiyini də bildirib.

Qeyd edək ki, bu yaxınalrda NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Qara dənizdə öz mövcudluğunu gücləndirdiyini bəyan edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR