Sağlamlıq
Peyvəndin yaradıcısından AÇIQLAMA: Böyük ehtimalla, hər iki ildən...
"Biontech" peyvəndinin yaradıcısı Uğur Şahin Almaniya mediasına önəmli açıqlamalar verib.
Publika.az xəbər verir ki, o, peyvəndləmə ilə birlikdə yoluxma saylarında azalmanın mayın sonunda, ya da iyunun əvvəlində gerçəkləşəcəyini deyib: "Önəmli olan yetəri sayda inanın peyvənd olunmasıdır. Amma COVID-19-un nəzarət altına alınması, virusun artıq yoluxmayacağı və ya tamamən bitəcəyi mənasına gəlmir. Sadəcə bu normal həyata təkrar qayıdacağımız deməkdir".
Mutasiya və onlara yoluxma sayının sürətlə artdığını deyən Uğur Şahin bu haldan narahat olduğunu bildirib. Onun sözlərinə görə, "Biontech-Pfizer" peyvəndi mutasiyaya qarşı da təsirlidir:
"Peyvənd həm yoluxmanın, həm də virusun insan orqanizmindəki inkişafının qarşısını alır. Mən bu peyvəndin bu qədər təsirli olacağını düşünmürdüm. Mutasiya səbəbi ilə iki doza peyvənd olunanların gələcək il üçüncü bir vaksinə ehtiyacı var. Ümumiyyətlə, cəmiyyətdə insanların immun sisteminin güclənməsinə ehtiyac var. Böyük bir ehtimalla, qarşımıza çıxacaq mutasiyalara qarşı hər iki ildən bir peyvənd olunmaq lazımdır. Qripə qarşı peyvənddəki vəziyyət COVID-19 üçün də keçərli olacaq. Həmçinin, yaşlıların peyvənd olunmasını sürətləndirmək lazımdır".
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı