
Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı – 99 yaşlı şahzadə Filip ürək xəstəliyi ilə əlaqədar əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
“Edinburq hersoqu martın üçündə Müqəddəs Varfolomey xəstəxanasında ürək xəstəliyi ilə əlaqədar uğurla əməliyyat olunub.
Şahzadə Filip müalicə və istirahət məqsədilə bir neçə gün xəstəxanada qalacaq.