Deputat pilotla birlikdə helikopter qəzasında ÖLDÜ
Bizi izləyin

Avropa

Deputat pilotla birlikdə helikopter qəzasında ÖLDÜ

Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası baş verib.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa parlamentinin deputatı, milyarder, 69 yaşlı Olivye Dasso həlak olub. Qəza zamanı Respublikaçılar Partiyasının üzvü ilə yanaşı helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron Twitter hesabında həlak olanların ailələrinə başsağlığı verib.

Olivye Dassonun atası Serj Dasso məşhur siyasətçi və biznesmen olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm