Avropa üçün CİDDİ PROBLEM: Anormal soyuq qapını kəsdirib, anbarlar isə boşalır
Bizi izləyin

Avropa

Avropa üçün CİDDİ PROBLEM: Anormal soyuq qapını kəsdirib, anbarlar isə boşalır

Avropadakı yeraltı anbarlarda qaz ehtiyatları anormal soyuq hava səbəbindən əhəmiyyətli dərəcədə - 33 faizə qədər azalıb.

Publika.az xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” məlumat yayıb.

Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir. Belə ki, həmin vaxt Avropanın qaz anbarları cəmi 18 faiz dolu olub.

Hazırda İtaliyanın qaz anbarlarının 39, Avstriyanın 33, Almaniya və Niderlandın 27, Fransanın isə 18 faiz dolu olduğu qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm