Əsma Əsədə qarşı istintaq başladıldı
Bizi izləyin

Avropa

Əsma Əsədə qarşı istintaq başladıldı

İngiltərə polisi Suriyanın birinci xanımı Əsma Əsədi ölkədəki vətəndaş müharibəsi zamanı terror aktlarına təşviqdə ittiham edib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sandey Tayms" qəzeti məlumat yayıb.

"Hərbi cinayətlər üzrə polis bölməsinə ötən ilin 31 iyulunda Suriya münaqişəsi ilə bağlı müraciətin daxil olduğunu təsdiqləyə bilərik. Müraciət baxılma prosesindədir", - deyə bildirilib.

Qəzetin məlumatına görə, müharibədəki cinayətlərindən şübhə yarandığı üçün Əsma Əsəd mümkün mühakimə olunma və İngiltərə vətəndaşlığını itirmə ilə üzləşə bilər.

Qeyd edək ki, Əsma Əsəd ingilis əsilli suriyalıdır və Britaniya vətəndaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm