Vaksinlərin ədalətli bölgüsü üçün təcili sammit TƏLƏB EDİLDİ
Bizi izləyin

Avropa

Vaksinlərin ədalətli bölgüsü üçün təcili sammit TƏLƏB EDİLDİ

Avropa İttifaqının üzvü olan bəzi ölkələr - Latviya, Avstriya, Sloveniya, Bolqarıstan və Çexiya koronavirusa qarşı vaksinlərin ədalətli bölgüsü məsələsinə dair təcili sammit keçirilməsi tələbi ilə çıxış ediblər.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Vaksinlər elə bölüşdürülməlidir ki, Aİ üzvü olan bütün dövlətlər iyun ayının sonuna, yəni ilin ortalarına qədər əhalinin peyvəndlənməsi üçün ən azı ilk növbədə qarşıya qoyulmuş məqsədlərə nail ola bilsinlər", - tələbdə deyilir.

Avropa Komissiyasının rəhbəri Ursula Fon Der Lyayenə və Avropa Şurasının sədri Şarl Mişelə ünvanlanmış məktub əhalisinin sayı 10 milyon nəfərdən çox olmayan dövlətlərin (əhalisi 10,6 milyon olan Çexiya istisna olmaqla) rəhbərləri - Çexiya, Sloveniya, Bolqarıstan və Latviyanın hökumət başçıları, habelə Avstriya kansleri tərəfindən imzalanıb.

Məktubda deyilir:

"Əgər sistem bundan sonra da belə fəaliyyət göstərsə, yaya qədər üzv ölkələr arasında çox böyük qeyri-bərabərlik yaranacaq və bu fərq daha da artacaqd. Bəzi ölkələrdə artıq iki həftədən sonra kollektiv immunitet yarana biləcəyi halda digər ölkələr çox geridə qalacaqlar”.

Xatırladaq ki, dünyada vaksinlərin ədalətsiz bölgüsü məsələsini Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da keçirilmiş tarixi mətbuat konfransında qeyd etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm