Ukraynaya giriş-çıxış bu qaydalar əsasında mümkün olacaq
Bizi izləyin

Avropa

Ukraynaya giriş-çıxış bu qaydalar əsasında mümkün olacaq

Martın 24-dən etibarən Ukraynada ölkə ərazisinə giriş və çıxış üzrə yeni qaydalar qüvvəyə minir.

Publika.az xəbər verir ki, yeni qaydalara əsasən əcnəbilərin Ukraynaya giriş üçün COVID-19 müalicəsi ilə bağlı xərcləri qarşılayacaq sığorta polisi olmalıdır. Bundan əlavə, bütün xarici qonaqlar buraxılış məntəqəsində Ukrayna sərhədini keçməyə 72 saat qalmış koronavirusla bağlı mənfi testi təqdim etməlidirlər.

Test və ya sığorta polisi olmadıqda, əcnəbilərə Ukrayna ərazisinə giriş və ya tranzit keçid qadağan olunacaq.

Ukrayna vətəndaşları sərhədi maneəsiz keçməzdən əvvəl 48 saat öncə edilmiş mənfi PCR testini təqdim etməlidirlər. Test olmadığı halda, ukraynalılar mobil telefonlarına "Evdə" tətbiqini yükləməli və özlərini iki həftəlik təcrid etməlidirlər. Özünütəcrid COVID-19 testinin mənfi cavabı alındıqdan sonra yekunlaşdırıla bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm