Avropa
İtaliya iki rus diplomatını casusluq ittihamı ilə ÖLKƏDƏN ÇIXARIR
İtaliya polisi bir gəmi kapitanı və bir rus diplomatı casusluqda şübhəli bilərək saxlayıb.
Publika.az xəbər verir ki, ”casusluq və dövlət təhlükəsizliyi ilə bağlı ağır cinayət” törətməkdə ittiham olunan və adları açıqlanmayan şəxslər məxfi məlumatların ötürülməsi zamanı saxlanılıblar. Hadisə ilə əlaqədar İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı və Rusiyanın Romadakı səfirliyinin diplomatı saxlanılıblar. Səfirliyin digər əməkdaşı və saxlanılan diplomatın tezliklə İtaliyadan çıxarılacağı bildirilir.
İtaliya polisinin (karabinieri) verdiyi açıqlamada İtaliyanın əks-kəşfiyyat xidmətinin (AİSİ) apardığı uzunmüddətli təhqiqatları nəticəsində hərbi donanmadakı casusluq hadisəsinin aşkarlandığı qeyd edilib.
İtaliyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyanın İtaliyadakı səfiri Sergey Rasovun nazirliyə dəvət olunduğunu açıqlayıb. Səfirliyin açıqlamasında isə bu hadisə barədə əlavə şərh verməkdən imtina edilib, iki ölkə arasındakı münasibətlərə xələl gəlməyəcəyinə ümid ifadə olunub.
Qeyd edilməlidir ki, bu hadisə Avropa ölkələrinin Rusiyaya qarşı iddia etdikləri casus qalmaqalları içərisində ən son hadisədir. Bundan öncə isə Bolqarıstan altı vətəndaşına qarşı casusluqla bağlı ittiham irəli sürmüşdü. Ötən ilə isə Niderland Krallığı iki rus diplomatını casusluq ehtimalı ilə ölkədən çıxarmışdı.
-
Region2 Sentyabr 23:35Qara dənizdə şübhəli cisimlər aşkarlandı - Türkiyə ordusu məhv etdi
-
Art2 Sentyabr 21:51Azərbaycanın məşhur diktoru 103 yaşında vəfat etdi
-
Hadisə2 Sentyabr 18:50Goranboyda son vəziyyət: operativ iclasda nə qərar verildi?
-
Dünya2 Sentyabr 17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
-
Nida Xəbər 2 Sentyabr 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika2 Sentyabr 13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 2 Sentyabr 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 2 Sentyabr 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir













.jpg)

























