Səhiyyə naziri cərimələndi - Maska taxmadığına görə
Bizi izləyin

Avropa

Səhiyyə naziri cərimələndi - Maska taxmadığına görə

Rumıniyanın Səhiyyə naziri Vlad Voykulesku qapalı məkanda tibbi maska ​​taxmadığına görə 1 500 leyi (350 ABŞ dolları) məbləğində cərimə olunub.

Publika.az xəbər verir ki, bu barədə “Mediafax” agentliyi Buxarest polisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə V.Voykuleskunun bazar ertəsi parlament binasında maskasız çəkilən şəkli yayılıb. Rumıniyada bütün qapalı məkanlarda maska taxılması icbari olsa da, nazir dəhlizdə maskasız gəzirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm