EMA "AstraZeneca" peyvəndiylə bağlı AÇIQLAMA YAYDI
Bizi izləyin

Avropa

EMA "AstraZeneca" peyvəndiylə bağlı AÇIQLAMA YAYDI

Avropa Dərman Agentliyi (EMA) "AstraZeneca" peyvəndi ilə trombun çox nadir halları arasında mümkün bir əlaqə tapıb.

Publika.az xəbər verir ki, bu barədə təşkilatının yaydığı məlumatda bildirilir.

"EMA Dərman Riskinin Qiymətləndirilməsi Komitəsi, "AstraZeneca" peyvəndinin çox nadir görülən yan təsirləri siyahısında qeyri-adi tromblar və aşağı trombositlərin olması lazım olduğu qənaətinə gəlib. EMA, sağlamlıq mütəxəssislərinə və peyvənd alıcılarına, peyvənddən sonra 2 həftə ərzində trombosit sayı az olan trombun çox nadir hallarının olma ehtimalı barədə xəbərdarlıq edir. Bu peyvənddən sonra 2 həftə ərzində 60 yaşınadək qadınlarda aşkar edilmişdir. Mövcud dəlillərə əsaslanaraq spesifik risk faktorları təsdiqlənməyib"- deyə agentliyin açıqlamasında deyilir.

Komitənin hazırda mövcud olan bütün dəlilləri nəzərə aldığı da qeyd olunur. Avropa Dərman Agentliyi peyvəndlənən insanlara hər hansı bir simptom aşkarlandıqda dərhal həkimə müraciət etmələrini tövsiyə edir.

"Müşahidə olunan tromblar və aşağı trombositlərin birləşməsi çox nadirdir və peyvəndin COVID-19-un qarşısının alınmasında ümumi faydası yan təsir riskini üstələyir. Dərmanların Riskinin Qiymətləndirilməsi Komitəsi təcili tibbi müalicənin vacibliyini vurğulayır. Sağlamlıq mütəxəssisləri qan laxtalanma və aşağı trombosit əlamətlərini aşkar edərək onları erkən müalicə edərək xəstələrin sağalmasına və ağırlaşmaların qarşısını almağa kömək edə bilər"- açıqlamaya əlavə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm