Zelenski: "Türkiyənin dəstəyi bizim üçün son dərəcə əhəmiyyətlidir"
Bizi izləyin

Avropa

Zelenski: "Türkiyənin dəstəyi bizim üçün son dərəcə əhəmiyyətlidir"

"Bu gün müvəqqəti olaraq işğal edilən Donbas və Krımdakı hadisələri Türkiyə ilə bölüşdüm".

Publika.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Türkiyənin suverenliyimiz və torpaq bütövlüyümüzün yenidən təsisi üçün verdiyi dəstək bizim üçün son dərəcə əhəmiyyətlidir. Ticarət həcminin artması, sərbəst ticarət anlaşmasının imzalanması olduqca vacibdir. Görüşdə təyyarə hazırlanması sahəsindəki əməkdaşlığımızı nəzərdən keçirdik. Müdafiə sənayesi Türkiyə ilə strateji əməkdaşlığımızın hərəkətverici qüvvəsidir, - deyə V.Zelenski bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm