Putin "B" planına keçdi
Bizi izləyin

Avropa

Putin "B" planına keçdi

Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbasda güzəştə gedəcəyinə dair ümidlərini üzdü.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış ukraynalı politoloq Karl Volox yazıb.

Onun sözlərinə görə, Ukraynanın avropalı tərəfdaşları "Donbasda münaqişənin nizamlanması" konsepsiyasının təşviqinə qayıdıb və bu, Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşməsi və cəbhədə atəşkəsin pozulması fonunda baş verir.

"Sözügedən vəziyyət mənim təxmin etdiklərimi təsdiqləyir: Putin B planına keçdi", - Volox bildirib.

Politoloqun fikrincə, Kremlin yeni planı eyni məqsədləri güclə reallaşdırmaqdan ibarətdir. Məhz bunun üçün Ukraynanın sərhədinə 100 mindən çox əsgər və çoxlu sayda hərbi texnika gətirilib. Kremlin Kiyevə təzyiqində nə qədər uzağa getməyə hazır olduğu hələ ki, məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm