Azərbaycanlı tələbələr İsveçdə bu şərtlə təhsil ala biləcəklər
Bizi izləyin

Avropa

Azərbaycanlı tələbələr İsveçdə bu şərtlə təhsil ala biləcəklər

Azərbaycanlı tələbələrə İsveçdə təqaüdlə təhsil almaq imkanı verilir.

Publikaz xəbər verir ki, İsveç İnstitutu 371 xarici tələbəyə ölkədə təhsil almaq üçün təqaüd verildiyini elan edib.

İsveçin dünyaya tanıdılması məqsədilə fəaliyyət göstərən təşkilat yalnız İsveç universitetlərində oxumaq üçün Avropa ölkələrindən olmayan tələbələrə təqaüd verir. İsveç İnstitutu təqaüdləri həm akademik nailiyyətlərinə, həm liderlik keyfiyyətlərinə, həm də davamlı qlobal inkişafa töhfəsinə görə tələbələrə verir.

Ümumilikdə, 2021-2022-ci tədris ili üçün İsveç İnstitutu təqaüd almaq üçün 9298-dən çox müraciət qəbul edib. Maraqlısı odur ki, azərbaycanlılar Rusiya və Nigeriya vətəndaşları ilə birlikdə ən çox təqaüd alan tələbələr siyahısına daxil olur. Ümumilikdə, təqaüdçülər İsveçdəki 28 ali təhsil müəssisəsində təhsil alır və ən çox tələb olunan təhsil sahələri sosial elmlər və texnologiyalara aiddir.

Ümumilikdə, gələn tədris ili üçün proqramın icrasına 167,9 milyon İsveç kronu (təqribən 20,08 milyon ABŞ dolları) ayrılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm