Fransada koronavirusun Hindistan ştammı aşkarlandı
Bizi izləyin

Avropa

Fransada koronavirusun Hindistan ştammı aşkarlandı

Fransanın cənub-qərbində Lo və Qarona departamentində koronavirusun Hindistanda aşkarlanan ştammına yoluxma halı qeydə alınıb.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Yeni Akvitaniya bölgəsinin regional Səhiyyə Agentliyinin rəhbəri Benua Elbood deyib.

B.Elbood bildirib: "Bu, bölgəmizdə təsdiqlənmiş ilk haldır. Sözügedən yoluxma halı Tuluza laboratoriyasında aparılan tədqiqatlar nəticəsində müəyyən edilib. Biz bunun daha yoluxucu bir variant olduğuna və vaksinlərə qarşı bir qədər daha davamlı olduğuna şübhə edirik".

Məlumata əsasən, yeni ştamm Hindistandan gələn Fransa vətəndaşında qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm