Sadik Xan yenidən London meri SEÇİLDİ
Bizi izləyin

Avropa

Sadik Xan yenidən London meri SEÇİLDİ

Londonun hazırki meri Sadik Xan yenidən bu vəzifəyə seçilib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı nəticələr son seçici səslərinin hesablanmasına əsasən elan edilib.

O, ikinci turda 55,2% səs toplayaraq, öz vəzifəsini qoruya bilib. Mühafizəkarlar Partiyasının nümayəndəsi Şon Beylini isə seçicilərin 44,8%-i dəstəkləyib.

Xatırladaq ki, Pakistan əsilli siyasətçi Britaniyanın müxalifətdə olan Leyboristlər Partiyasının nümayəndəsidir. Xan 2016-cı ildə Avropa ölkələri paytaxtının meriyasının başçısı vəzifəsinə seçilən ilk müsəlman olub. Seçkilər hələ ötən ilin mayında keçirilməli idi, amma pandemiyaya görə 1 il müddətinə təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm