Avropa
Çavuşoğlu ilə qucaqlaşan yunan nazir: Göstərmək istədi ki...
Yunanıstan Xarici İşlər naziri Nikos Dendias türk həmkarı Mövlud Çavuşoğlu ilə qucaqlaşmasından danışıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, iki ölkə arasındakı gərginliyin Çavuşoğlu ilə səmimi dostluq münasibətlərinə mənfi təsir göstərmədiyini bildirib.
Aprel ayında Ankarada keçirilən gərgin görüşə toxunan Dendias deyib: “Çavuşoğlunun gərginliyin şəxsi səmimiyyətinə təsir etmədiyini göstərmək üçün mənimlə qucaqlaşdığını düşünürəm”.
Dendiasın fikrincə, iki ölkə arasındakı durum aprelin 15-də baş tutan Ankara səfərindən fərqli deyil və bu, heç kimi yanıltmamalıdır:
“20 ildir dost olduğumuzu heç vaxt gizlətməmişəm. Yaxşı bir münasibətinin olduğu şəxslə danışmaq həmişə asandır. Amma Afinadakı durumun Ankaradakından fərqli olduğunu düşünənlər yanıla bilərlər.
Türkiyə-Yunanıstan anlaşılmazlıqlarının sehirli çubuqla düzəldiyini düşünərək özümüzü aldatmayaq. Problemlər yerində qalır. Ankarada müzakirə etdiyimiz fikir ayrılıqları haqda Afinada da danışdıq”.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR













.jpg)

.jpg)



.jpg)



















