İtaliyada atışma: ölənlər var - YENİLƏNDİ
Bizi izləyin

Avropa

İtaliyada atışma: ölənlər var - YENİLƏNDİ

İtaliyanın paytaxtı Roma yaxınlığındakı Ardea şəhərində baş verən atışma zamanı bir yaşlı kişi və iki uşaq həlak olub.

Qeyd edilir ki, silahlı şəxsin açdığı atəş nəticəsində 3 və 8 yaşlı iki uşaq ölüb.

Məlumata görə, hadisəni psixi problemləri olan 30 yaşlı kişi törədib. O, evində barrikada quraraq gizlənib. Cinayətkar saxlanılıb.

xxx

İtaliyada atışma olub.

Bu barədə RaiNews24” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Roma yaxınlığındakı Ardea şəhərində baş verib. Atışma zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri yaşlı kişi, ikisi uşaqdır.

Hadisəni törədən şəxs qaçaraq gizlənib. Ardeanın və qonşu Pomesiya, Ansio şəhərlərinin hüquq-mühafizə orqanları cinayətkarın axtarışına başlayıblar. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm