• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

Co Bayden Kraliça II Elizabet ilə görüşdü

Co Bayden Kraliça II Elizabet ilə görüşdü

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Kraliçası II Elizabet ilə Vindzor qalasında görüşüb.

Publika.az xəbər verir ki, G7 (“Böyük yeddilər”) sammiti çərçivəsində Böyük Britaniyaya səfər edən Prezident Co Bayden və birinci xanım Cill Bayden kraliça ilə görüşmək üçün Vindzor qalasına səfər edib.

Fəxri qarovul dəstəsi tərəfindən qarşılanan prezidentlə Berkşayr iqamətgahında keçirilən görüş 40 dəqiqə davam edib.

Qeyd edək ki, 95 yaşlı kraliça ilk dəfə 1951-ci ildə Britaniyada səfərdə olan ABŞ Prezidenti Harri Truman ilə görüşüb. Taxtda olduğu 69 il ərzində o, 14 ABŞ lideri ilə görüşüb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR