Fransada ticarət mərkəzinə silahlı hücum edildi
Bizi izləyin

Avropa

Fransada ticarət mərkəzinə silahlı hücum edildi

Fransanın mərkəzi hissəsində yerləşən Kle-Sui (Sena və Marna departamenti) kommunasında soyuq silahla hücum törədilib.

Publika.az xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Darmanen "Twitter" səhifəsində yazıb.

Hadisə ticarət mərkəzində baş verib. Mərkəz daxilində yerləşən telefon danışıq məntəqəsində müştəri işçi ilə təqdim edilən hesab üstündə dalaşıb və sonra ona bıçaq zərbəsi endirib.

Cinayətkar digər münaqişəyə müdaxilə edən şəxsi də bıçaqlayıb. Hücum edən şəxs saxlanılıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm