Fransada 71 etirazçı saxlanıldı
Bizi izləyin

Avropa

Fransada 71 etirazçı saxlanıldı

Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyan yeni məhdudiyyətlərə qarşı ötən gün keçirilən etiraz aksiyasının 71 iştirakçısı saxlanılıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, yalnız Parisdə 24 etirazçı saxlanılıb, onlardan 21 nəfəri həbs edilib.

Bildirilir ki, etiraz aksiyası zamanı 27 polis və 2 jandarma əməkdaşı xəsarət alıb, etirazçılar arasında isə xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən gün keçirilən etiraz aksiyalarında ümumilikdə 161 min, o cümlədən Parisdə 11 min nəfər iştirak edib. Etirazçılar və polis əməkdaşları arasında toqquşmalar əsasən Lion, Nanat və Tuluza şəhərlərində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm