Ukraynada karantin müddəti oktyabrın 1-dək uzadıldı
Bizi izləyin

Avropa

Ukraynada karantin müddəti oktyabrın 1-dək uzadıldı

Ukrayna Nazirlər Kabineti koronavirusla bağlı karantin müddətinin oktyabrın 1-dək uzadılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, Ukraynada ümummilli karantin müddəti avqustun 31-də başa çatmalı idi. Nazirlər Kabineti karantin müddətinin uzadılmasının Ukraynada koronavirusla bağlı vəziyyətin tam nəzarətdə olmaması ilə izah edib.

Karantin müddətində Ukraynanın bölgələri koronovirusla bağlı vəziyyətdən asılı olaraq zonalara bölünəcək.

Qeyd edək ki, Ukraynada son günlər koronavirusa yoluxma hallarında artım qeydə alınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm