İngiltərədən kritik Türkiyə QƏRARI: Növbəti həftədən...
Bizi izləyin

Avropa

İngiltərədən kritik Türkiyə QƏRARI: Növbəti həftədən...

Pandemiyadan əvvəl Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında üçüncü yeri tutan İngiltərə bu ölkəyə qoyduğu səyahət qadağasını qaldırmağa hazırlaşır.

Publika.az xəbər verir ki, "The Times" qəzetinə danışan hökumətə yaxın mənbələr kritik qərarın gələn həftə açıqlanacağını bildiriblər.

Türkiyənin turizm sahəsində İspaniya, Portuqaliya və Yunanıstan kimi ən böyük rəqiblərinin qırmızı siyahıda qalacağı deyilir.

"PC Agency"-nin səyahət məsləhətçiliyinin qurucusu Paul Charles, “Türkiyə xüsusilə hotellərdə və digər turizm bölgələrində ən yaxşı pandemiya tədbirləri görən ölkədir. Həm hökumət, həm də turizm sektoru yoluxma hallarını azaltmaq üçün çox çalışır. Türkiyə artıq yaşıl siyahıda olmağa layiqdir", - deyə qeyd edib.

Hökumət mənbələri daha əvvəl qadağaların 25 iyul tarixində ləğv ediləcəyini bildirmişdi və İngiltərənin ən böyük turizm agentliyi "JET2" Türkiyə üçün bilet satışı elan etmişdi. Lakin yoluxmaların artması səbəbindən qərar ləğv edilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm