Evtanaziya İtaliyanı bir-birinə vurdu: 500 min imza toplandı
Bizi izləyin

Avropa

Evtanaziya İtaliyanı bir-birinə vurdu: 500 min imza toplandı

İtaliyada evtanaziya ilə bağlı referendumun keçirilməsi məsələsinin parlamentin gündəliyinə salınması məsələsi ölkəni bir-birinə vurub.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, evtanaziya məsələsini referenduma daşımaq istəyənlər 500.000 imza toplayıblar. Onlar bir şəxsin könüllü şəkildə öldürülməsinin cinayət mahiyyətindən çıxarılmasını tələb ediblər. İtaliyada yüz minlərlə fəal və keçmiş millət vəkilləri də bu addımı dəstəkləyirlər.

Vatikanın hər fürsətdə tənqid etdiyi evtanaziyanın qanuni olmasını istəyən fəallardan biri olan 50 yaşlı keçmiş millət vəkili Marko Cappato "Məqsədimiz, 30 sentyabr tarixinə qədər 750.000 imzaya çatmaqdır", - deyib.

Cappato bu referenduma qarşı çıxanlar insanların öz bədənləri və öz həyatları ilə bağlı qərar vermə haqqını tanımadıqlarını bildirib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm