Polşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan edəcək
Bizi izləyin

Avropa

Polşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan edəcək

Polşa Belarus ilə sərhədboyu bölgələrdə fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Bu addıma səbəb son bir neçə həftə ərzində Əfqanıstan və İraq qaçqınlarının iki ölkənin sərhədlərində cəmləşməsidir. Polşa tərəfi qaçqınların sərhəddə saxlanılaraq geri qaytarılması, yeni sərhəd hasarlarının tikilməsi və indi isə fövqəladə vəziyyətin elan edilməsi yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısını almağa çalışır. Otuz günlük fövqəladə vəziyyət sərhəd bölgəsində 183 yaşayış məntəqəsini əhatə etməlidir. Həmin müddətdə nümayiş və digər aksiyaların keçirilməsinə də icazə verilməyəcək. Fövqəladə vəziyyət elan edilən ərazilərdə yerli sakinlərin hərəkəti sərbəst olacaq, həmin ərazidə yaşayış qeydiyyatında olmayan şəxslərin oraya daxil olmasına icazə verilməyəcək.

Polşanın daxili işlər naziri Mariuş Kaminski hökumətin qərarını müdafiə edərək bildirib ki, hazırda qonşu Belarusla sərhəddə vəziyyət gərgin həddə çatıb. Hökumətin qərarı rəsmi qüvvəyə minməsi üçün dövlət başçısı Andjey Duda tərəfindən də təsdiqlənməlidir.(Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm