Fransadan "Taliban" açıqlaması: "Yalan danışırlar"
Bizi izləyin

Avropa

Fransadan "Taliban" açıqlaması: "Yalan danışırlar"

"Taliblər bəzi əcnəbilərin və əfqanların ölkəni sərbəst şəkildə tərk etməsinə icazə verəcəklərindən, bütün etnik qrupları əhatə edəcək bir hökumətdən bəhs etdilər, amma yalan danışırlar".

Publika.az xəbər verir ki, bunu Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Qətərin paytaxtı Dohaya getməzdən əvvəl "France 5" televiziyasına verdiyi müsahibədə deyib.

Fransanın "Taliban" hökumətini tanımaqdan və onunla hər hansı bir münasibət qurmaqdan imtina etdiyini vurğulayan Le Drian " "Taliban"ın hərəkətə keçməsini gözləyirik. İqtisadi əməkdaşlığa və beynəlxalq əlaqələrə ehtiyac duyacaqlar. Bu, onların öz işidir" - qeyd edib.

Nazir bir neçə Fransa vətəndaşının Əfqanıstanda qaldığını əlavə edib.

Rəsmi Paris indiyədək Əfqanıstandan 3 minə yaxın fransızı təxliyə edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm