DƏHŞƏTLİ QƏTL: ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO
Bizi izləyin

Avropa

DƏHŞƏTLİ QƏTL: ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO

Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib.

Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib.

28 yaşlı Roman Vlasenin üç həftə əvvəl tibb bacısı işləyən 23 yaşlı Anna Fantaziuya evlilik təklifi etdiyi deyilir.

Qız onu valideynləri ilə tanış etmək üçün evə dəvət edib. Mərhumun atasının dediyinə görə, ailə ilə Vlase arasında mübahisə yaranıb, bu zaman oğlan silah çıxararaq onları hədələməyə başlayıb.

Ata kömək üçün evdən çıxıb və bundan sonra iki güllə səsi eşidib.

Hadisə yerinə gələn polislər qızın və onun qatilinin cəsədlərini tapıblar.

Vurğulanıb ki, Roman Annanı öldürdükdən sonra həmin silahla intihar edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm