Üç ölkə arasında müdafiə müqaviləsi imzalandı
Bizi izləyin

Avropa

Üç ölkə arasında müdafiə müqaviləsi imzalandı

Böyük Britaniya, ABŞ və Avstraliya arasında nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı özündə birləşdirən müdafiə müqaviləsi imzalanıb.

Publika.az xəbər verir ki, müqavilənin (AUKUS) məqsədi Avstraliyada ən qısa müddətdə nüvə sualtı qayığına sahib olmaqdır.

ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson və Avstraliyanın Baş naziri Skott Morison yeni bir təhlükəsizlik əməkdaşlığı müqaviləsini dünya ictimaiyyətinə ortaq bir bəyanatla elan ediblər.

Bayden, Conson və Morison birgə bəyanatlarında bildiriblər ki, “AUKUS (bu üç ölkənin adının ingilis dilində qısaltmalarıdır AUS-UK-US) çətiri altındakı bu ilk təşəbbüslə, Avstraliya Kral Donanmasının nüvə enerjisi ilə işləyən sualtı qayığı əldə etməsində Avstraliyanı dəstəkləməyə qərarlıyıq. Avstraliyanın bu qabiliyyəti Hind-Sakit okean bölgəsindəki sabitliyi dəstəkləyəcək və eyni zamanda ortaq dəyərlərimizə və maraqlarımıza uyğun olaraq yerləşdiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm