Zelenskinin müşavirinə sui-qəsd edildi
Bizi izləyin

Avropa

Zelenskinin müşavirinə sui-qəsd edildi

Ukrayna Prezidentinin müşaviri Sergey Şefirə qarşı Kiyev yaxınlığında sui-qəsd törədilib.

Publika.az xəbər verir ki, ölkənin Daxişi İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində S.Şefirin sürücüsü ağır xəsarət alıb.

Sürücü üç güllə yarası ilə reanimasiyaya yerləşdirilib. Müşavir özü xəsarət almayıb.

Ukrayna Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm