• USD 1,7000 0,00% EUR 1,9803 -0,04%
    • GBP 2,3480 +0,28% RUB 0,0240 +0,42%

Bu ölkədə benzin böhranı yarandı

  • Avropa
  • 26 Sentyabr 2021 20:49
  • 659 Baxış
Bu ölkədə benzin böhranı yarandı

Böyük Britaniyada benzin böhranı yaranıb.

Publika.az xəbər verir ki, neft nəhəngi BP (British Petroleum) şirkəti yük maşını sürücülərinin çatışmazlığı səbəbindən ölkədəki bəzi yanacaqdoldurma məntəqələrini müvəqqəti olaraq bağladığını bildirib.

Yük maşını sürücülərinin çatışmazlığından qaynaqlanan neft böhranı Krallıqda artmaqda davam edir. Brexitdən sonra bir çox Avropa vətəndaşının Krallığı tərk etməsi, həmçinin bəzi sürücülərin təqaüdə çıxması ilə ölkədə nəqliyyat sənayesi ən çətin dövrlərini yaşayır. Ölkədəki sürücü çatışmazlığı səbəbi ilə, böyük neft şirkətləri benzin və dizeli lazımi ünvanlara çatdıra bilmədiklərini açıqlayıblar. Nəticədə yanacaqdoldurma məntəqələrində problemlər yaranıb.

Problemin həlli üçün 100 mindən çox yük maşını sürücüsünə ehtiyac var. Yük maşını sürücüsü çatışmazlığını aradan qaldırmaq üçün hökumət xarici sürücülərin Krallıqda işləməsi üçün müvəqqəti viza almasına icazə verən bir plan üzərində iş aparır.

Bu məqsədlə, immiqrasiya qanunlarında da bəzi dəyişikliklərin olacağı gözlənilir. Sürücü işləyəcək təxminən 5000 nəfərə də müvəqqəti viza verilməsi planlanlaşıdırılır.

Yük maşını sürücülərinin çatışmazlığı ərzaq və digər malların da daşınmasında gecikmələrə səbəb olur.

Xatırladaq ki, Krallıqda neft və təbii qazın qiyməti avqust ayından etibarən 70 faiz artıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR