Duqinin sözləri Yunanıstanı QARIŞDIRDI: Türkiyə və Rusiya BİRLƏŞDİ
Bizi izləyin

Avropa

Duqinin sözləri Yunanıstanı QARIŞDIRDI: Türkiyə və Rusiya BİRLƏŞDİ

Vladimir Putinin müşaviri və Rusiyanın xarici siyasətini idarə edən nəzəriyyəçilərdən olan professor Aleksandr Duqinin açıqlamaları Yunanıstanı narahat edib.

Publika.az xəbər verir ki, Duqinin "Rusiya Şimali Kipr Türk Cümhruiyyətini qanuni bir dövlət olaraq tanıya bilər" ifadəsi yunan mediasında sərt reaksiyalarla qarşılanıb.

Yunanıstanda sərt və irqçi bir xətdə yayımlanan "Entapostagma" nəşri Rusiya ilə Türkiyənin Şərqi Aralıq dənizindəki maraqlarına uyğun olaraq bir araya gəldiklərini, bu məsələ ətrafında birləşdiklərini və zənglərin onlar üçün səsləndiyini yazıb.

Qeyd edək ki, Soçidə keçirilən Ərdoğan-Putin zirvəsini dəyərləndirən və müzakirə olunanları izah edən A.Duqin iki lider arasında ən ciddi qarşıdurmanın Krım uğrunda olduğunu qeyd etmişdi. O bildirmişdi ki, "Ukrayna ilə münasibətlərimiz Türkiyənin Yunanıstanla problemlərinə bənzəyir. Biz Türkiyə-Yunanıstan məsələsinə və Türkiyənin münasibətlərinə qarışmırıq. Rusiya Şimali Kipr Türk Cümhruiyyətini qanuni bir dövlət olaraq tanıya bilər".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm