Bolqarıstan "ən güclü" pasport reytinqində 10-cu yerdədir
Bizi izləyin

Avropa

Bolqarıstan "ən güclü" pasport reytinqində 10-cu yerdədir

Bolqarıstan pasportu “Arton Capital” şirkətinin 2021-ci il üçün tərtib etdiyi "ən güclü" pasportlar siyahısında 10-cu yerdə qərarlaşıb.

Publika.az xəbər verir ki, 193 ölkənin və altı ərazinin pasportlarını əhatə edən reytinq, vətəndaşların vizasız daxil ola biləcəyi ölkələrin sayı əsasında tərtib edilib.

Şirkətdən verilən məlumata görə, Bolqarıstan pasportu ilə 97 ölkəyə vizasız daxil olmaq mümkündür.

Reytinqdə birinci yeri 98 ölkəyə vizasız girə biləcəyiniz pasportla Birləşmiş Ərəb Əmirlikləri tutur. İkinci yerdə Yeni Zelandiya, Almaniya, Finlandiya, Avstriya, Lüksemburq, İspaniya, İtaliya, İsveçrə, Avstraliya və Cənubi Koreya gəlir.

Siyahıda sonuncu yerdə Əfqanıstan pasportu tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm