Polşa Belarusla sərhəddə baryerlər quracaq
Bizi izləyin

Avropa

Polşa Belarusla sərhəddə baryerlər quracaq

Polşa qonşu Belarusla sərhədboyu ərazilərdə qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində növbəti addıma hazırlaşır.

Publika.az xəbər verir ki, Polşa qonşu ölkə ilə sərhəddə 2,5 metr hündürlüyündə tikanlı məftil çəpərlərini “sabit və hündür baryerlər“ ilə əvəzləməyi nəzərdə tutur. Ölkə rəsmiləri baryerlərin necə olacağına aydınlıq gətirməyiblər və bu zaman hasar kəlməsini işlətməməyə çalışıblar.

Daxili işlər naziri Mariuş Kaminski bildirib ki, böhran regionlarından Polşa sərhədlərinə doğru hərəkət edən qeyri-qanuni miqrasiyanın qarşısını almağa xidmət edən baryerlər müvafiq nəzarət sistemləri və hərəkət sensorları ilə təchiz ediləcək. Layihənin ümumi dəyəri 366 milyon avro təşkil edir.

Qeyd edilib ki, hökumət tərəfindən hazırlanan layihə ölkə parlamenti tərəfindən təsdiqlənməlidir. Hakimiyyətdə olan mühafizəkar Hüquq və Ədalət Partiyası (PiS) parlamentdə səs çoxluğuna malik olmasa da, layihənin parlamentdən keçmə ehtimalı yüksəkdir.

Bu ilin yay aylarından etibarən Litva və Latviya ilə yanaşı Polşa da Belarusla sərhədlərini möhkəmləndirmək üçün tədbirlər görür, buna baxmayaraq ölkəyə qanunsuz miqrasiyanın qarşısını tam kəsmək mümkün olmur. Avqust ayından bəri Polşadan keçməklə təkcə Almaniyaya 4300 miqrant qanunsuz şəkildə daxil olub. Bu miqrantların əksəriyyəti İraq, Suriya, Yəmən və İran vətəndaşlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm