Şotlandiyaya şikayət edildi: Rəisi qatildir!
Bizi izləyin

Avropa

Şotlandiyaya şikayət edildi: Rəisi qatildir!

İranın müxalifətçilər qrupu Şotlandiya Polisinə ölkə prezidenti İbrahim Rəisinin soyqırım törətməsi və insan haqlarını pozmasıyla bağlı şikayət ediblər.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Frans Press” agentliyi yayıb. Məlumata görə, şikayətçilər içərisində İran Milli Müqavimət Şurası da yer alıb. Şuranın üzvü Hüseyn Abdini yaydığı açıqlamada Rəisinin 1988-ci ildə 30 min siyasi məhbusun öldürülməsində günahkar olduğunu bildirib:

“Rəisi İran rejiminin yüksək vəzifəli siması kimi soyqırıma və insan haqlarına qarşı çoxsaylı cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir. Beynəlxalq ictimaiyyət tədbirlər görməlidir ki, 1988-ci il qırğınında Rəisinin rolunu araşdırsın”.

Abidin Rəisini BMT sammitində iştirak üçün Qlazqoya gələcəyi halda həbs etməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm