• USD 1,7000 0,00% EUR 1,9208 -0,23%
    • GBP 2,2592 -0,02% RUB 0,0230 +0,43%

İngiltərədə müxalifət "Telegram"a qarşı sanksiyalar tələb edir

  • Avropa
  • 21 Oktyabr 2021 04:30
İngiltərədə müxalifət "Telegram"a qarşı sanksiyalar tələb edir

Böyük Britaniyanın müxalif Leyborist Partiyasının lideri Kir Starmer "Telegram"ı "ekstremistlər üçün tətbiq" adlandırıb.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, müxalifət lideri ölkənin baş naziri Boris Consondan esktremizmə, zorakılığa və irqi nifrətə çağırışlar edən videoların yerləşdirildiyi onlayn platformalara, o cümlədən də Telegram-a qarşı sərt addımların atılmasını tələb edib.

Sramer həmçinin "Facebook" və "Instagram"ın da "təhlükəli alqoritmlərini" tənqid edərək bildirib ki, Tik Tok platformasında İslam ektremizminə və qəti sağ hərəkatlara çağırışlar edən videolara baxmaq mümkündür.

"Artıq üç ildir ki, hökumət İnternetdə təhlükəsizlik barədə qanun layihəsini təklif edib, lakin sənəd hələ də parlamentə təqdim olunmayıb… Həmin qanunun müdəalarına görə onu pozan platformaların rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmur. Niyə?", - deyə Starmer Consona xitab edərək soruşub.

Britaniyalı baş nazir cavabında bildirib ki, hökumət ilin sonuna qədər haqqında danılşılan qanun layihəsini parlamentin müzakirəsinə təqdim etməyə çalışacaq və sənədin müddəalarını pozanlara qarşı cəzaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR