• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Sərhəddə DƏHŞƏTLİ MƏNZƏRƏ: Orduya "HAZIR OL" əmri verildi - FOTO/VİDEO (YENİLƏNDİ)

  • Avropa
  • 9 Noyabr 2021 11:16
  • 6 556 Baxış
Sərhəddə DƏHŞƏTLİ MƏNZƏRƏ: Orduya "HAZIR OL" əmri verildi - FOTO/VİDEO

Avropa İttifaqının həllini gözləyən qaçqın və miqrasiya probleminin yeni ocaqlarından biri olan Polşa-Belarus sərhədində vəziyyət yenidən gərginləşib.

Publika.az xəbər verir ki, noyabrın 8-də Belarus ərazisində yüzlərlə miqrant Polşa sərhədinə doğru hərəkət ediblər. Rəsmi sərhəddəki hərəkətlənməni nəzərə alaraq əraziyə əlavə hərbi heyətlər göndərib, ordunu döyüş hazırlığı vəziyyətinə gətirib.

Polşa Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda üç-dörd min miqrant Belarusun Polşa ilə həmsərhəd ərazilərində cəmləşib. Havadan çəkilən görüntülərdə sərhəd zolağında miqrantların qanunsuz şəkildə Polşa ərazisinə keçməyə cəhd etməsi və sərhədçilərin onların qarşısını alması əks olunub. Polşa hökuməti sərhəddəki vəziyyətlə əlaqədar təcili iclas çağırıb.

Polşa Sərhəd Xidməti miqrantların ən çox toplaşdığı Kuznitsa sərhəd-keçid məntəqəsinin noyabrın 9-da saat 7-dən bağlı olacağını elan edib və leqal şəkildə ölkəyə daxil olmaq istəyən şəxslərdən Terespol və ya Bobrovniki sərhəd-keçid məntəqələrinə üz tutmağı xahiş edib.

Avropa Komissiyası vahid Avropa sərhədlərinin qorunması üçün Polşanı dəstəkləməyə hazır olduğunu bildirib, bunun üçün rəsmi Varşavanın aktiv şəkildə kömək üçün müraciət etməyi istənilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR