Polşa-Belarus krizi bununla nəticələndi - Aİ LƏĞV ETDİ
Bizi izləyin

Avropa

Polşa-Belarus krizi bununla nəticələndi - Aİ LƏĞV ETDİ

Polşa-Belarus sərhədindəki miqrant böhranından sonra Avropa İttifaqı (Aİ) Belarus arasında viza rejiminin sadələşdirilməsi sazişinin icrasını qismən dayandıran qərar qəbul edib.

Publika.az xəbər verir ki, Belarus səlahiyyətliləri Aİ-nin qərarı ilə viza üçün sənəd tələb olunmaması, çoxdəfəlik vizaların verilməsi, viza rüsumlarının azaldılması kimi müraciətlərdən yararlana bilməyəcəklər.

Sadə Belarus vətəndaşları isə əvvəlki viza rejiminin sadələşdirilməsi sazişinin şərtlərindən faydalanmağa davam edəcəklər.

"Biz Belarus rejiminin miqrasiyadan alət kimi istifadəsini qətiyyətlə pisləyirik. Belarusun siyasi məqsədlər üçün insanların həyatı ilə oynaması qəbuledilməzdir. Bugünkü qərar bizim davam edən hibrid hücuma qarşı mübarizədə birgə öhdəliyimizi bir daha nümayiş etdirir" - deyə Aİ Şurasının bəyanatında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aİ ilə Belarus arasında viza rejiminin sadələşdirilməsi sazişi 1 iyul 2020-ci ildə qüvvəyə minib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm