Ukrayna XİN: Saakaşviliyə qarşı güc tətbiqi qəbuledilməzdir
Bizi izləyin

Avropa

Ukrayna XİN: Saakaşviliyə qarşı güc tətbiqi qəbuledilməzdir

Ukrayna vətəndaşı olan Mixeil Saakaşviliyə qarşı güc tətbiqi qəbuledilməzdir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna xarici İşlər nazirliyi açıqlama verib.

"Nazir müavini Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili ilə düzgün rəftar edilməsi və ona qarşı güc tətbiqinin qəbuledilməzliyi ilə bağlı bizim hökumətin mövqeyini Gürcüstan tərəfinə çatdırdı.

Ukrayna hökuməti Saakaşvilinin hüquqlarını qorumağa xüsusi diqqət göstərməyə davam edəcək. Bu addım Gürcüstanın beynəlxalq normalar çərçivəsində bir məsuliyyətidir", - deyə Ukrayna xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Ukrayna mediasının məlumatına görə, son 1 həftə ərzində Mixeil Saakaşvili ilə bağlı Gürcüstan səfiri iki dəfə Ukrayna xarici işlər nazirliyinə çağırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm