Polşa əsgəri Belarusla sərhəddə öldü
Bizi izləyin

Avropa

Polşa əsgəri Belarusla sərhəddə öldü

Polşa ordusunun əsgəri Belarusla sərhəddə bədbəxt hadisə nəticəsində həlak olub.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Polşa ordusunun 17-ci mexanikləşdirilmiş briqadasının komandanlığının bəyanatında deyilir.

Bildirilib ki, hadisədə üçüncü şəxslər iştirak etməyib.

Xatırladaq ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır.

Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantla arasında qarşıdurma yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm