Fransada yenidən karantin rejimi tətbiq oluna bilər
Bizi izləyin

Avropa

Fransada yenidən karantin rejimi tətbiq oluna bilər

Fransada noyabrın 20-dən yenidən karantin rejimi tətbiq edilə bilər. Ölkədə son sutka ərzində koronavirusa 12 min 496 yeni yoluxma və 17 ölüm faktı qeydə alınıb.

Pubölka.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü deyib.

Fransa Dövlət Səhiyyə İdarəsinin də son həftəlik epidemioloji bülleteni xəbərdarlıq xarakteri daşıyıb. Bildirilib ki, son günlər yoluxma halları yenidən artmağa başlayıb. Əyalətlərdə yoluxma sayı daha çox artıb, yerindən asılı olaraq artım 36-46 faiz arasındadır. Ölkədə daha çox narahatlıq doğuran səbəb xəstəxanalarda koronavirus xəstələrinin sayının artmasıdır. Qeyd edilib ki, virus 75 yaşdan yuxarı insanlar arasında çox yayılıb.

Qeyd edək ki, noyabrın 15-dən ölkədə bütün məktəblərdə yaş kateqoriyasından asılı olmayaraq, şagirdlərə maska taxmaq məcburidir.

Ölkədə pandemiya qurbanlarının ümumi sayı 118 min 125-ə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm