Ukraynada nazirə qarşı sui-qəsdə CƏHD EDİLDİ
Bizi izləyin

Avropa

Ukraynada nazirə qarşı sui-qəsdə CƏHD EDİLDİ

Ukrayna polisi hökumət üzvlərindən birinin həyatına sui-qəsd hazırlayan naməlum şəxsləri saxlayıb.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 18-də daxili işlər naziri Denis Monastırskinin iştirakı ilə Ukrayna hökumətinin nazirlərindən birinin həyatına sui-qəsdi planlaşdıran şəxslərin polis tərəfindən tutulması ilə bağlı brifinq keçiriləcək ", - agentliyin saytında deyilir.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Ukrayna mətbuatının yazdığına görə, sui-qəsdin hədəfi aqrar siyasət naziri Roman Leşşenko olub.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm