Böyük Britaniya vətəndaşları Livana getməməyə çağırdı
Bizi izləyin

Avropa

Böyük Britaniya vətəndaşları Livana getməməyə çağırdı

Böyük Britaniya vətəndaşlarını Livana səyahət etməməyə çağırır.

Publika.az xəbər verir ki, Livanda davam edən qeyri-sabitlik səbəbindən Britaniya Xarici İşlər Nazirliyi vacib vəziyyətlər istisna olmaqla, bu ölkəyə səfər etməməyi tövsiyə edib.

Nazirlikdən verilən açıqlamada Livandakı fələstinli qaçqın düşərgələrinə, Suriya sərhədindən 5 kilometr uzaqlıqdakı bölgələrə və ölkənin şimal-şərqindəki Hermel bölgəsinə olan səfərlərdən çəkinmələri tövsiyyə olunub.

Livan 1975-1990-cı illər vətəndaş müharibəsindən sonra ən böyük iqtisadi böhranı yaşayır. 2020-ci ilin avqustunda Beyrut limanında baş verən güclü partlayış Livandakı iqtisadi çətinlikləri daha da ağırlaşdırıb və yeni hökumət böhranına səbəb olub.

Tarixən Livan iqtisadiyyatının əsas komponenti olan turizm 2019-cu ilin sonundan bəri kəskin şəkildə azalıb. 2018-ci ildə ölkəyə təqribən 2 milyon turist gəlib, lakin 2020-ci ildə bu rəqəm bir neçə yüz minə düşüb.

Həmçinin Körfəz ölkələri ilə siyasi böhran yaşayan Livanın paytaxtı Beyrutda qarşıdurmalar yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm