“Arven” qasırğası Böyük Britaniya sahillərinə yaxınlaşdı
Bizi izləyin

Avropa

“Arven” qasırğası Böyük Britaniya sahillərinə yaxınlaşdı

Böyük Britaniyada sabah "Arven" qasırğası başlayacaq, küləyin maksimal sürəti 120 km/s-a çatır.

Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı xəbər verib.

"Ən çox zərər görəcək bölgələr əsasən sahildə olacaq, onlar 120 km/saata çatan küləklərlə üzləşəcək, bu da nəqliyyatın hərəkətində fasilələrə və səyahət vaxtının uzanmasına, elektrik enerjisinin kəsilməsinə, güclü dalğalara səbəb olacaq", - deyə Böyük Britaniyanın Meteorologiya Bürosunun nümayəndəsi Stiven Dikson bildirib.

Meteorologiya Bürosu ikinci ən təhlükəlidi - "narıncı" fırtına xəbərdarlığı verib. Xəbərdarlıq İngiltərənin şimal-şərqində və Şotlandiyada səhər noyabrın 27-dəkqədər qüvvədə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm