Avropada təbii qazın qiyməti yenə BAHALAŞDI
Bizi izləyin

Avropa

Avropada təbii qazın qiyməti yenə BAHALAŞDI

Çərşənbə gününün alqı-satqı nəticələrinə görə, ICE birjasında qaz fyuçerslərinin qiyməti 1 kubmetr üçün 1.35 faiz bahalaşaraq 1095 dollara çatıb.

Publika.az xəbər verir ki, hərrac zamanı qiymət hətta 1136 dollar/kub m-dək qalxıb.

Ticarət günü başlanarkən ICE Futures-də TTF holland indeksi üzrə qazın yanvar fyuçerslərinin qiyməti 1071 dollar olub. Gün ərzində qazın qiyməti stabil olaraq 1-3% artıb, axşam isə bu göstərici 5%-ə çatıb. Qaz qiymətinin maksimumu 1136, minimumu 1068 dollar olub, bağlanışda isə 1095 dollara çatıb ki, bu da çərşənbə axşamının ortalama - 1080.9 dollar göstəricisindən 1.3% çoxdur.

Avropada qazın qiymətləri yayın sonu-payızın əvvəlində qəfil qalxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm