Nazir yüksək sürətlə törətdiyi qəzaya görə istefa verdi
Bizi izləyin

Avropa

Nazir yüksək sürətlə törətdiyi qəzaya görə istefa verdi

Portuqaliyanın daxili işlər naziri Eduardo Kabrita istefa verib.

Publika.az xəbər verir ki, nazirin istefa verməsinə səbəb ötən ilin yayında xidməti avtomobilinin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsidir. Belə ki, nazirin salonunda olduğu avtomobil 166 km/saat sürətlə hərəkətdə olarkən yol işçisini vurub. İşçi aldığı ağır xəsarətlərdən ölüb.

Bildirilir ki, nazir baş vermiş hadisədən siyasi təzyiq vasitəsi kimi istifadə edilməməsi üçün bu addımı atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm