İngiltərədə "omikron" ştamına yoluxanların sayı 246-ya YÜKSƏLDİ
Bizi izləyin

Avropa

İngiltərədə "omikron" ştamına yoluxanların sayı 246-ya YÜKSƏLDİ

Böyük Britaniyada son iki gündə koronavirusun "omikron" ştamına 100-dən çox yeni yoluxma halı müəyyən edilib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bazar günü gecə saatlarına olan satatistikaya əsasən, bu ştama yoluxanların sayı 246-ya çatıb.

Noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda tapılan B.1.1.529 virusunun ştamını yunan hərfi omikronu ilə təyin etdi. Bu növ çoxlu sayda mutasiyaya malikdir, bəziləri ÜST-ü narahat edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm