Macarıstan miqrantlarla bağlı Avropa İttifaqına çağırış etdi
Bizi izləyin

Avropa

Macarıstan miqrantlarla bağlı Avropa İttifaqına çağırış etdi

Budapeşt Avropa İttifaqı tərəfindən öz sərhədlərinin qorunması və eyni zamanda miqrant axınının gəldiyi Şimali Afrika və Yaxın Şərq ölkələrinin dəstəklənməsi üzrə hərtərəfli maliyyə-texniki proqramına start verilməsinin tərəfdarıdır.

Publika.az xəbər verir ki, bu barədə bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib. Jurnalistlərə açıqlama verən Siyarto deyib ki, Avropa Şimali Afrika və Yaxın Şərqdən yeni miqrasiya dalğası gözləyir.

"Avropa pandemiya ilə mübarizə apararkən, buraya getdikcə çox və daha çox miqrant gəlir", - deyə o bildirib.

Siyarto qeyd edib ki, Macarıstan hökumətinin mövqeyi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, yeni gələn miqrantları artıq sığınacaq tapdıqları ölkəni tərk etməyə sövq etmək əvəzinə, onları evlərini tərk etməyə məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün onlara hələ vətənlərində olarkən köməklik göstərilməlidir.

Avropa miqrasiyanı “uzaqdan”, yəni sərhədlərindən uzaq nöqtələrdə və hətta müdafiəyə ehtiyacı olanlar yola düşməmişdən əvvəl dayandırmağa çalışmalıdır. Bunun üçün isə Şimali Afrika dövlətləri ilə səmərəli əməkdaşlıq aparmaq lazımdır, deyə nazir bildirib.

“Aİ-nin təhlükəsizliyinin Şimali Afrikanın təhlükəsizliyi və sabitliyindən başladığını söyləmək mübaliğə olmaz”, - deyə o vurğulayıb. Siyarto, immiqrantların dəniz nəqliyyatı ilə daşınması ilə məşğul olan QHT-lərə dəstəyi dayandırmağa çağırıb, onların hərəkətlərinin tərəfdaş ölkələrin sərhədlərini qorumaq səylərini heçə endirdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm