Avropa
Merkel Ukraynaya necə veto qoyub? - "Bild" AÇIQLADI

Almaniyanın keçmiş kansleri Angela Merkel şəxsən NATO vasitəsilə Ukraynaya silah tədarükünün qarşısını alıb.
Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, avqustda Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski vetonun ləğvini Merkeldən xahiş etsə də, siyasətçi "buzlu səslə" "bundan söhbət gedə bilməz" deyib.
Nəşr qeyd edir ki, may ayında Almaniya veto hüququndan istifadə edib. Bununla da pilotsuz təyyarələri məhv etmək üçün istifadə edilən Barrett tüfəngləri və Litva tüfənglərinin Ukraynaya tədarükü əngəllənib. Halbu ki, bu silahların üçün Kiyev tərəfindən ödəniş ediliub. Üstəlik, Berlin Hollandiyanı da qərarı dəstəkləməyə məcbur etməli olub. Bu, Almaniyanın “satışın yeganə rəqibi” olduğu təəssüratı yaratmamaq üçün edilib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov bundan əvvəl Merkel hökumətini NATO-nun Təchizat və Tədarük Agentliyi (NSPA) vasitəsilə Kiyevin silah almasına mane olmaqda ittiham edib.
"Bild" vurğulayır ki, Almaniya noyabrın sonunda Ukraynaya dron əleyhinə tüfənglərin tədarükü ilə bağlı vetosunu ləğv edib, lakin Amerika tüfənglərinin tədarükü hələ də bloklanıb.
Bundan əvvəl məlum olub ki, Ukrayna ABŞ-dan silah almağı gözləyir .
"Financial Times" yazır ki, müdafiə naziri Aleksey Reznikov müttəfiqlərlə danışıqlardan sonra ABŞ və digər Qərb sponsorlarından raket və digər müdafiə silahları almağa çox optimistdir. Eyni zamanda nəşr qeyd edib ki, nazir silahların Ukraynayanə qədər tez çatacağını təsdiq edə bilməyib.
Hüseyn

-
Sosial01:15
Kənd sakinləri illərdir içməli suya həsrət qalıb - VİDEO
-
Qoroskop00:37
Günün ulduz falı: Yeni il yeni şanslar və imkanlar vəd edir!
-
Qarabağ 26 Yanvar 23:28
Paşinyandan Qarabağdakı ermənilərə mesaj: “Qaçın...”
-
Sosial26 Yanvar 22:32
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Yüzlərlə sakin ... - VİDEO
-
Səhiyyə26 Yanvar 21:38
TƏBİB-dən valideynlərə XƏBƏRDARLIQ: "Xəstəliklərin mənbəyi..."
-
Magazin126 Yanvar 21:27
Aygünün doğum günündən möhtəşəm görüntülər - VİDEO
-
Sosial26 Yanvar 20:32
Bu ayın müavinət və təqaüdləri ödənildi
-
Yaxın Şərq26 Yanvar 19:32
İsrail Avropa Birliyini İranla mübarizə aparmağa çağırdı